Bu gün Türkiyə Super Liqasında keçirilən "Karabükspor" – "Eskişehirspor" qarşılaşmasında qalmaqal baş verib.
Korner.az-ın məlumatına görə, oyunun əvvəlində stadionda yanğın baş verib.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğının böyüməsinin qarşısı alınıb. Oyunun 66-cı dəqiqəsində isə işıqlar sönüb. Hakimlər bir müddət oyunu dayandırsa da, sonradan davam qərarı veriblər.
