Oyun zamanı qəfil meydanı tərk etdi
19.04.2019 , 16:15

Avropa Liqasında 1/4 final mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən “Napoli” – “Arsenal” oyunu maraqlı hadisə ilə yadda qalıb.
Qonaqların müdafiəçi Naço Monreal ikinci hissənin ortalarında meydanı icazəsiz tərk edib. Daha sonra ispaniyalı futbolçunun ayaqyoluna getdiyi öyrənilib.
Qeyd edək ki, bundan əvvəl “Real” Madrid klubunun kapitanı Serxio Ramos eyni vəziyyət ilə qarşılaşmışdı.
