Oyun zamanı huşunu itirən oyunçunun son durumu
02.12.2024 , 12:30
“Forentina”nın ötən gücə A seriyasının 14-cü turunun “İnter”lə matçında huşunu itirə futbolçusu Edoardo Bovenin durumuna aydınlıq gəlib.
Korner.az xəbər verir ki, xəstəxanaya aparılan 22 yaşlı yarımmüdafiəçi artıq özünə gəlib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, hazırda onun durumu qənaətbəxş olduğu diqqətə çatdırılıb.