Moldovanın basketbol çempionatında bədbəxt hadisə yaşanıb.
Korner.az-ın məlumatına görə, çempionatın son turunun “Çadır Basket” – “Qamma” matçının hakimi Flarov yerə yıxılıb. Hakimlərinin müdaxiləsinə baxmayaraq onun həyatını xilas eləmək mümkün olmayıb. Hadisə barədə açıqlama verən Moldova Basketbol Federasiyasının prezidenti Aktavian Vukol sözlərinə görə, 60 yaşlı millidərəcəli hakim ürək tutmasından dünyasını dəyişib.
