Oyun yarımçıq dayandırıldı
20.02.2020 , 18:42

Bu gün futzal üzrə Yüksək Liqanın XV turu çərçivəsində keçirilən “Marafon” – “Araz” oyunu başa çatmayıb.
Korner.az xəbər verir ki, oyunun 26:09 dəqiqəsində referilər meydan sahiblərinin hakimin qərarına etiraz edərək meydanı tərk etdiyini əsas gətirərək görüşü dayandırıb.
Sonrakı dəqiqədə “Marafon” oyunu davam etdirmək istəsə də, “Araz” hakimlərin matçı bitirdiyini bildirərək meydana geri dönməkdən imtina edib. Məsələ ilə bağlı AFFA İntizam Komitəsi qərar verəcək.
