Oyun qaydaları nəşr olundu
05.09.2019 , 16:30
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (ing: IFAB) 2019/2020-ci il mövsümü üçün Oyun Qaydaları AFFA-nın sifarişi ilə Azərbaycan dilində nəşr olunub.
Korner.az xəbər verir ki, hakimlər, hakim-inspektorlar, klub nümayəndələri və digər mütəxəssislər üçün nəzərdə tutulmuş nəşri AFFA-nın Hakimlər Komitəsinin üzvü Elçin Məmmədov və beynəlxalq dərəcəli hakim Elçin Səmədli tərcümə ediblər.
Kitabın elektron variantı azfutzal.az saytının “Turnirlər” bölməsində yerləşdirilib.