“Qarabağ”ın terapevti Oktay Gürsoy seminardan qayıdıb.
Korner.az-ın klubun rəsmi saytına məlumatına görə, türkiyəli mütəxəssis 3,5 illik təhsilin ardından İNLPTA-nın (Beynəlxalq Neyro təhqiqatlar assosasiyası) diplomunu əldə edib.
İnsanların fizioloji təkamülünün təcrübi yönləri üzərində tədqiqatlar edən Gürsoy təcrübələrini idman – futbolçu və basketbolçular üzərində yerinə yetirib: “Bu çalışma subyektlərin təcrübələrinin psixoloji təzahürü üzərindədir. İNTPTA 40 ildir bu sahədə çalışmalara ilə diqqəti çəkir. Mənim 3,5 illik tədqiqatım idmançıların eyni aspektdəki fəaliyyətinin analizinə və yenilənməsi üzərindəydi. Təbii ki, öyrəndiklərimi “Qarabağ”da tətbiq edəcəm. İnşallah, bu hamımız üçün faydalı olar”.