big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Voleybol

Oynamayan Ceyran, danışmayan Natalya və susan Faiq – QEYD

26.09.2017 , 08:54

Azərbaycan və Gürcüstanda keçirilən qadın voleybolçular arasında Avropa Çempionatının qrup mərhələsinə yekun vuruldu. Təbii ki, bu turnirdə bizi ən çox maraqlandıran yığmamızın çıxışıdır. Arxada qalan 3 oyunda qalib gələn Faiq Qarayevin rəhbərlik etdiyi voleybolçularımızın arasında hələ ki, meydana çıxmayanlar var. Bəs, Azərbaycan voleybol məktəbinin yetirmələri olan həmin idmançılar nə vaxt oynayacaq? Macarıstanla qarşılaşmada ehtiyat qüvvənin döyüşə atılmamasını başa düşmək mümkündür. Baş məşqçi ilk oyunda səhvə yol verməkdən çəkinərək, təcrübəli voleybolçulara üstünlük verdi. Polşa ilə görüşdə cəmi 4 dəqiqə meydanda olan Şəfaqət Həbibovanın komandamızın qalib gəlməsində nə qədər önəmli rol oynadığını hər kəs gördü. Ayşən Əbdüləzimova da ümumi ab-havanı korlamadı. Komandamızın qalib gəlməsi üçün əlindən gələni etdi. Qrup çərçivəsində Almaniyaya qarşı son matçda isə ilk setdə yenilsək də, sonrakı iki setdə aşkar üstünlüklə qalib gələrək, qrup liderliyini təmin etdik. Artıq Milli Gimnastika Arenasına toplaşan çoxsaylı azarkeşlər almanlarla görüşdə yüngül zədə alan, turnir boyu soyadı Məmmədov(tabloda a hərfi unudulmuşdu-A.Ə)kimi yazılan Valeriyanı Ceyran Əliyevanın əvəz edəcəyini, Ayşən Əbdüləzimova və Şəfaqət Həbibovanın 3-cü və 4-cü setlərdə meydanda olacağını gözləyirdi. Ancaq olmadı, yığmamızın baş məşqçisi azərbaycanlı qızlara etibar etmədiyini nümayiş etdirdi. Baxmayaraq ki, tribunalar komandamız hesabda öndə olduğu zaman birağızdan yerli voleybolçuların adlarını qışqırırdı, Faiq bəy qızlarımıza yerli publikanın qarşısına çıxmağa icazə vermədi. Baş məşqçidən söz düşmüşkən, Faiq Qarayev qrupdakı sonuncu matçdan sonra yenə ənənəsinə sadiq qalaraq, medianın önünə çıxmağı lazım bilmədi. Jurnalistlərin Qarayevi axtardığı zaman həvəslə Ukrayna mətbuatına müsahibə verən Natalya Məmmədovanın yerli KİV nümayəndələrinə qarşı sərgilədiyi münasibətdən isə bol-bol danışmaq olar. İtaliya “Kyeri”sində çıxış edərkən yenidən Skazka olan idmançı hər vəchlə azərbaycanlı media işçiləri ilə ünsiyyət qurmaqdan boyun qaçırırdı. Onu da qeyd etmək yerinə düşər ki, Milli Gimnastika Arenasında digər yığmaların üzvləri, çox çətin şərtlər altında çalışan(qrup mərhələsi boyunca internetin kəsintilərlə verilməsi və yaxud ümumiyyətlə verilməməsi – A.Ə), bəzən qonaqlar üçün tərcüməçilik edən yerli mətbuatın suallarını çox rahatlıqla cavablandırırdı. Arxada qalan oyunlarda yaşanan daha bir xaotik məqam meydanı silən könüllülərlə bağlıdır. Onların çoxunun yaşının həddindən artıq az olması, işinin öhdəsindən gələ bilməməsi, bəzən yığma üzvlərinin iradları ilə qarşılaşması ortaya heç də xoş olmayan görüntülər çıxarırdı. Təəssüflər olsun ki, bu məsələdə Avropa Çempionatının Təşkilat Komitəsinin və Azərbaycan Voleybol Federasiyanın işinə məsuliyyətsiz yanaşdığı açıq-aşkar sezilir.

Araz Əhmədov

Son yazılar

To Top