Otavio təklifləri dəyərləndirəcək
17.05.2023 , 17:55

“Volfsburq”la müqaviləsi iyunda başa çatacaq braziliyalı oyunçu Paulo Otavionun komandadakı gələcəyi məlum deyil.
Korner.az xəbər verir ki, 28 yaşlı futbolçu İtaliya və İspaniya klublarından gələn təklifləri dəyərləndirəcək.
Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Digər tərəfdən, onunla “Beşiktaş”ın da maraqlandığı bildirilir.
