big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

Ötən günlərimi qaytaraydılar… – YAZI

15.08.2016 , 06:30

“O gedən yolları toz basıb indi…”

Bakıda keçiriləcək Şahmat Olimpiadasında Azərbaycanın idman şərəfini qoruyacaq komandaların heyətləri açıqlandı. Hansısa bir gözlənilməz hadisə baş vermədi. Hamısı tanınmış simalar, tanış adlar. Əslində, başqa cür olmamalıdır da: belə mötəbər yarışda ancaq ən təcrübəli və ən bacarıqlılara güvənilməlidir. Amma bu adlar sırasında biri də var ki, onu lap çoxdan eşidir, o adın sahibinə daha çox güvənir və qələbələr gözləyirdik. Bəli, feili əbəs yerə keçmiş zamanda istifadə etmədim. Artıq əvvəlki ümidlərdən çox az bir qismi həyatdadır. Söhbət Teymur Rəcəbovdan gedir.

Möhtəşəm başlanğıc

Teymur Rəcəbov – 1987-ci ildə dünyaya göz açmış, Azərbaycanın aparıcı şahmatçılarından biri, beynəlxalq dərəcəli qrossmeysterdir (2001). Onun peşəkar şahmatda atdığı ilk addımlar ölkəmizin idmansevərlərinə hədsiz sevinc bəxş etmişdi. Axı Teymur 12 yaşında ikən Avropa üzrə 18 yaşlılar arasında çempionatın qalibi olmuşdu (bu rekordu indiyə kimi təzələyən olmayıb)! 11 yaşından – benəlxalq usta, 13 yaşından beynəlxalq qrossmeysterdir (həmin dövrdə şahmat tarixində ən gənc qrossmeyster olub). O, dünyanın və Avropanın gənclərarası çempionatlarının 7 qat qalibidir (5 qızıl medalı var). 1998-ci ildə “Kasparov Kuboku”nun qalibi, 2001-ci ildə isə Veyk-an-Zeye turnirinin gümüş mükafatçısı olub. Bir sözlə, o zaman bu oyunda söz sahibi olan hər kəs tərəfindən Teymur şahmat vunderkindi hesab olunurdu. Onun adı dünyanın aparıcı xəbər agentlikləri tərəfindən 2003-cü ildə yekdilliklə gündəmə gətirildi: 16 yaşlı həmyerlimiz Harri Kasparovu, Bakı şahmat məktəbinin digər adlı-sanlı yetirməsini Linaresdə qara fiqurlarlara məğlub etmişdi. Bu qələbəni Teymurun yüksək səviyyəli şahmatdakı ilk nailiyyəti kimi də dəyərləndirə bilərik. Sözügedən qarşılaşma həmin il Linaresdə ən yaxşı oyun mükafatına layiq görüldü. Bu günə qədər də qeyd etdiyimiz nəticəyə görə Rəcəbov şahmat tarixində dünya birincisini məğlub edən ən gənc şahmatçı hesab olunur.

Bir daha Linares haqqında

Tarixin yaddaşında əlamətdar hadisə ilə yadda qalan Linares turnirinə qayıdaraq, Teymur yerli KİV-in birinə verdiyi müsahibədə hadisələri belə xatırlayır: “Mən Moskvada 16 yaşlı gənc istedadlar arasında keçirilən Kasparov Kubokunu udanda (onda 11 yaşım var idi) o, özü mənə Kuboku təqdim etdi və xoş sözlər dedi. Həmişə özü də qeyd edirdi ki, gənc istedadlar arasında dünya çempionu adına daha böyük ehtimallı iddiaçı məhz məni görür. Mən Linaresdə 2003-cü ilin ən güclü turnirində ona qalib gələndən sonra hər şey dəyişdi (onda 15 yaşım var idi). Bundan əvvəl 7 il idi ki, Kasparov heç kimə uduzmurdu. Turnir bağlananda jurnalistlər elan etdilər ki, turnirin ən yaxşı və yadda qalan partiyası mənim Kasparov üzərində qaləbəm oldu. Bu zaman Harri isterikaya düşdü, bağlanış mərasimində qalmaqal yaratdı. Bütün bu hadisələrdən sonra o məni başqa turnirlərdə görəndə heç salamlaşmırdı da”.

Sən saydığını say…

Xəyalən 13 il əvvələ dönür, o zamankı düşüncələri, şahmat təsərrüfatında Rəcəbovla bağlı hökm sürən ab-havanı xatırlayıram. Dilə gətirilməsə də, əksər şahmatsevərlərin beynində belə bir fikir dolaşırdı: “Hə, naxələf Kasparov, indi gözlə: bu oğlan səni kölgədə qoyacaq”. İnsafən işlərin gedişatı da pis deyildi: həmin il Teymur Vişvanatan Anandı və Ruslan Ponomaryovu qara fiqurlarlara məğlub etdi. Bu nəticə ilə Rəcəbov 1 ildə üç FİDE dünya çempionunu məğlub edən yeganə şahmat ustası hesab edilir. Amma, necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. İllər ötür, böyük intizarla gözlənilən o möhtəşəm qələbə isə gəlmirdi. Artıq Teymurun yaşı da çoxaldı, ona indi gənc vunderkind kimi deyil, təcrübəli şahmat ustası kimi münasibət bəslənilirdi. Və beləcə, Teymur artıq hətta Azərbaycan şahmatında da liderlik mövqelərini itirdi, Şəhriyar Məmmədyarov onu geridə qoydu. Niyə belə alındı, ümidlərimiz nə üçün puç oldu – bir özü, bir də Allah bilir. Amma fakt faktlığında qalır: Teymura bəslənən ümidlər qatı açılmamış qaldı. Təəssüf…

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top