Ötən ayın ən yaxşısı o seçildi
20.12.2024 , 10:58
Almaniya Bundesliqasında noyabr ayının ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, “Ayntraxt”ın hücumçusu Ömər Marmuşdur.
Bu barədə Bundesliqanın mətbuat xidməti məlumat yayıb.
25 yaşlı forvard noyabr ayında 3 matça çıxıb, 2 qol vurub və 4 qolun ötürməsini verib.