Ötən ayın ən yaxşısı
10.10.2025 , 21:41
İtaliya A Seriyasında sentyabrın ən yaxşı baş məşqçisi müəyyənləşdi
Korner.az xəbər verir ki, İtaliya A Seriyasında sentyabr ayının ən yaxşı baş məşqçisi “Milan”ın çalışdırıcısı Massimiliano Alleqri seçilib.
58 yaşlı mütəxəssisə mükafat 19 oktyabr tarixində keçiriləcək “Milan” – “Fiorentina” matçından əvvəl təqdim olunacaq.
Qeyd edək ki, “Milan” sentyabr ayında A Seriyasında keçirdiyi 3 oyunun hamısında qələbə qazanıb.