Türkiyə Ziraat Kubokunda “Osmanlıspor” rəqibi üzərində qələbə qazandı.
Korner.az-ın məlumatına görə, Avropa Liqasında uğurlu çıxışı ilə yadda qalan “Osmanlıspor” Türkiyə Ziraat Kuboku çərçivəsində “Kırklarelispor”un qonağı olub. Matçı “Osmanlıspor” 3-1 hesabı ilə qalib tamamlayıb.
Beləliklə, 2-ci oyununda da qələbə qazanan “Osmanlıspor” “A” qrupunda liderliyini qoruyub. “Kırklarelispor” isə 0 xalla sonuncu yerdə qərarlaşıb.
