Cari mövsümdə “Çelsi”də əsas heyətə düşməkdə çətinlik çəkən Oskar komandada qalmaq istəyir.
Korner.az-ın məlumatına görə, bu barədə məlumatı İngiltərə mətbuatı yayıb.
İngilis həmkarlarımızın yazdığına görə, braziliyalı futbolçu London klubunda qalaraq, əsas heyətə düşmək uğrunda mübarizə aparmaq istəyir.
Ancaq futbolçunun xidmətində Çinin “Şanxay Şenxua” klubu maraqlıdı. Çinlilər 25 yaşlı futbolçunun transferi üçün “zadəganlar”a 60 milyon funt-sterlinq ödəməyə hazırdı. Oskar özü də bir müddət öncə, Braziliya mətbuatına açıqlamasında iki klub arasında anlaşmanın böyük ölçüdə həll edildiyini demişdi.
