“Osiyek” Şopiçlə yollarını ayırdı
24.02.2026 , 22:00
“Osiyek” baş məşqçisi Zeliko Şopiç ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, klub rəhbərliyi 51 yaşlı mütəxəssisin nəticələrdən razı qalmadığını əsas gətirərək müqaviləni qarşılıqlı razılıqla ləğv edib.
Xorvatiya klubu ölkə çempionatında 23 turdan sonra 17 xal toplayaraq 10 komanda arasında sonuncu yerdə qərarlaşıb.
Qeyd edək ki, Şopiç 2019/2020 mövsümündə ”Sabah”da baş məşqçi vəzifəsində çalışıb.