Osimhenin “Çelsi”yə keçidi niyə alınmır?
16.10.2024 , 13:41

“Qalatasaray”da icarə əsasında çıxış edən Viktor Osimhen flaş transfer iddiası ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, nigeriyalı hücumçunun fasilədə “Çelsi”yə keçməsi çətin olacaq.
İngiltərə mətbuatının yaydığı xəbərə görə, “Çelsi”nin maliyyə ilə bağlı problemlər yaşadığı üçün fasilədə Osimeni transfer edə bilməyəcək.
Futbolçunun keçidi növbəti mövsümdə baş tuta biləcəyi gözlənilir.
Bu mövsüm “Qalatasaray”ın heyətində 4 rəsmi matçda iştirak edən Viktor Osimhen 2 qol vurub, 4 məhsuldar ötürmə edib.
