Osimhen “Qalatasaray”dan ayrılır?
03.03.2025 , 22:38

Hazırda “Qalatasaray”da forma geyinən Viktor Osimhen yayda klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, futbolçunun yayda “Mançester Yunayted”ə keçəcəyi iddia olunur.
İngiltərə klubu müqavilə ilə “Napoli”yə məxsus olan oyunçu üçün 75 milyon avrosundan keçməyə hazırdır.
Nigeriyalı hücumçu razı olarsa, İtaliya təmsilçisi onu satacaq.
Osimhen bu mövsüm Super Liqa klubunda 27 oyuna çıxıb, 20 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
