Osimhen “Qalatasaray”dan ayrılır?
14.03.2025 , 15:00

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen yeni transfer xəbəri ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, o, karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Futbolçunun xidmətində “Əl-Hilal”ın maraqlı olduğu bildirilir.
Ərəblər Osimhen üçün 75 milyon avroluq sərbəst qalma məbləğini ödəməyə hazırdır.
