Osimhen “Nyukasl”a keçə bilər
02.06.2023 , 15:56

“Napoli”nin forvardı Viktor Osimhen karyerasını İngiltərədə davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, nigeriyalı hücumçu Premyer Liqa təmsilçisi “Nyukasl”ın maraq dairəsindədi.
Yeni mövsümdən Çempionlar Liqasında mübarizə aparacaq komanda təcrübəli oyunçunun keçidini həll etməyə çalışır.
Öncədən “Mançester Yunayted”, “Bayern”, “Çelsi” və PSJ də Osimhenlə maraqlanırdı.
