Osimhen İngiltərə yolunda
11.03.2025 , 14:30

Hazırda “Qalatasaray”da icarə əsasında çıxış edən “Napoli”nin hücumçusu Viktor Osimhen karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Korner.az xəbər verir ki, nigeriyalı oyunçunun xidmətində “Çelsi”nin maraqlı olduğu iddia olunur.
London nəhəngi yayda 26 yaşlı futbolçunu transfer etməyə çalışacaq.
Osimhenin hazırda dəyəri 75 milyon avro olaraq qiymətləndirilir.
