Osimhen İngiltərə yolunda
22.04.2025 , 17:00

“Qalatasaray”da icarə əsasında forma geyinən Viktor Osimhen karyerasını İngiltərədə davam etdirə bilər.
Korner.az xəbər verir ki, nigeriyalı oyunçunun xidmətində “Mançester Yunayted” maraqlıdır.
Premyer Liqa təmsilçisi hücumçu ilə artıq ilkin danışıqlar aparıb. 26 yaşlı forvardın müqavilə məxsus olduğu “Napoli” də razılığa gələrsə, futbolçunun keçidi baş tutacaq.
