Osimhen hansı kluba keçir?
28.04.2025 , 12:30

Hazırda icarə əsasında “Qalatasaray”da forma geyinən Viktor Osimhen yeni transfer iddiası ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, nigeriyalı futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, 26 yaşlı hücumçunun xidmətində “Əl-Hilal”ın maraqlı olduğu bildirilib.
Osimhenin müqaviləsində 75 milyon avroluq sərbəst qalma bəndi var.
Forvardın komandadakı gələcəyinə mövsümün sonunda aydınlıq gələcək.
