Orxan Sadıqlının keçidi rəsmiləşdi
02.08.2022 , 16:22

“Kəpəz” qapıçı Orxan Sadıqlının keçidini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, Gəncə təmsilçisi son klubu “Xan Lənkəran” olan qolkiperlə 1 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sadıqlı daha əvvəl “Xəzər Lənkəran”, “Keşlə”, “Sumqayıt” və “Zirə”də də çıxış edib.
