“Xəzər Lənkəran” bu gün Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Qəbələ”nin qonağı olacaq.
Korner.az-ın məlumatına görə, baş məşqçi Mustafa Dənizli bu matçda Orxan Sadıqlının xidmətindən yararlana biləcək.
Qolkiperin ayağında hələ də ağrılar var. Amma Orxan iynə gücünü də olsa da, meydana çıxarılacaq. Əvəzində zədəli olduğu üçün Qəbələyə aparılmayan Adrian Pit və Deyvid Sakkoni bu matçda komandaya köməka edə bilməyəcək.
