“Xəzər Lənkəran”ın qapıçısı Orxan Sadıqlı “Böyük oyun”la bağlı fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, qolkiper “Neftçi”nin Lənkəranda qələbə qazanmaq şansının olmadığını deyib:
“Neftçi” ilə oyun həm komanda, həm də azarkeşlər xüsusi qarşılaşmadı. Əlimizdən gələni edəcəyik ki, ürəyi bizlə olanları sevindirək. Yalnız üç xal haqqında düşünürük. “Neftçi”nin Lənkərandan qələbə ilə getmək şansı yoxdu. Komandamızda ciddi itkilər olsa da, onları əvəzləyə biləcək futbolçularımız da var”.
