"Xəzər Lənkəran" gənc qapıçısı Orxan Sadıqlı ilə yeni müqavilə imzalayıb.
Korner.az–ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, müqavilənin daha üç il müddətinə artırılması barədə razılıq əldə olunub.
Bununla yanaşı digər qapıçı, Braziliyalı Duqlas Leyte ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilməsi qərara alınıb. "Xəzər Lənkəran" Duqlasa burada olduğu müddətdə komandaya etdiyi köməyə görə təşəkkürünü bildirib və ona gələcək karyerasında uğurlar arzu edib.
