big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Orxan Sadıqlı Bakesin istefasından, ilk “altılıq”dan kənar qalmalarından və cəzalanmasından danışdı – (MÜSAHİBƏ)

05.03.2013 , 06:10

"Xəzər Lənkəran"ın qapıçısı Orxan Sadıqlının Korner.az saytına müsahibəsi.

– "Rəvan"la kubok oyunundan sonra əvəzedici heyətə göndərildiyin deyilir. Bu doğrudurmu?

Bu barədə nəsə demək, məncə, lazımsızdı. Hərə bir söz deyir.

– Belə çıxır ki, əvəzedici heyətə göndərilməmisən.

Qardaşım, mən "Xəzər Lənkəran"ın futbolçusuyam. Bu klubla müqaviləm var. Mənə desələr ki, get əvəzedici heyətə, gedəcəm. Qal desələr, qalacam. Otur, oynama, bax, desələr, oturub baxacam.

– Komandadakı əsas rəqibin Toni Doblas meydana çıxdığı oyunlarda kobud səhvlər buraxır. Özünü Doblasla müqayisə edərdin.

Doblas yaxşı qapıçıdı. Ancaq mən də zəif deyiləm. Heç bir qapıçıdan da özümü zəif hesab etmirəm. Müqayisəni qoy futbol ictimaiyyəti aparsın. Mənim nə isə deməyim yersiz olar.

– Çempionat "ilk altılıq" formatından keçiriləndən bu yana "Xəzər Lənkəran" heç zaman “ikinci altılıq"da mübarizə aparmayıb. Bu dəfə isə hər şey fərqlidi.

Bizim “ilk altılıq"dan kənar qalmağımızın səbəbləri çoxdu. Tez-tez baş məşqçi dəyişiklikləri, yeni futbolçuların komandaya xeyir verməməsi, oyunlarda zəif çıxışımız və s. Ancaq kubokda şanslarımız davam edir. 

– Bakes "Xəzər Lənkəran"ı zirvələrə daşıyacaq demişdiz. Hətta Bakesin xüsusi məşq planı, savadlı olması haqda fikirlər səsləndirirdiz. Sonuc isə göz qabağında. Bakes çətin vəziyyətdə olan komandanı “qoyub qaçmaqla” daha da çətin vəziyyətə qoydu.

Heç kim bizi qoyub qaçmır. Nə də ki, biz kimsəni qoyub qaçmırıq. Belə məsləhət imiş, belə də oldu.

– Təsnifat mərhələsinin son turunda "Sumqayıt"la oyunda qələbə qazana bilməməyinizin səbəbi nə idi?

"Sumqayıt"ın gənc, döyüşkən heyəti var. Həmin oyunda 3-4 əsas futbolçumuz oynamırdı. Komanda da ruh düşkünlüyü var idi. Bu amillər bizim qələbə qazanmağımıza mane oldu.

– “İlk altılıq"dan kənar qalmağınız cənublu fanatların klubdan küsməsinə səbəb olub. Bu barəə nə deyərdin?

Əsl "Xəzər Lənkəran" azarkeşi klubundan küsməz. Onlar sadəcə inciyiblər və buna da, haqlıdılar. Onlara istədikləri nəticəni verə bilmədik. Ancaq kubokda şanslarımız davam edir.

– Bu uğursuzluqlardan sonra amma heç biriniz azarkeşlərdən ən azı üzr də istəmirsiz…

İnşallah, gələn il onlara layiq olduğu sevinci yaşadarıq. Futboldu bu. Hər şey ola bilər. Bu il olmadı. Qaldı gələn ilə. 

– İlk "altılığ"a düşməməyinizin məsuliyyəti kimin boynundadı?

Hamımızın.

Səxavət QURBANOV

Son yazılar

To Top