Orxan Səfərovdan qızıl medal
05.11.2021 , 19:42

Azərbaycan cüdoçusu Orxan Səfərov Bakıda keçirilən Böyük Dəbilqədə final görüşünə çıxıb.
Korner.az xəbər verir ki, 66 kq-da çıxış edən idmançı həlledici görüşdə moldovalı Denis Vieru ilə qarşılaşıb.
O, rəqibinə “ippon”la qalib gələrək çempion olub.
Bununla da idmançımız yarışda ölkəmizə ilk qızıl medalı qazandırıb.
