Orxan Qurbanlı üçün 85 dəqiqə
08.05.2021 , 15:46
Moldova çempionatında XXXI turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Orxan Qurbanlının formasını geyindiyi “Dinamo-Avto” doğma meydanda “Sperantsa” ilə heç-heçə edib – 0:0.
Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib.
“Dinamo-Avto” bu mövsüm Moldova çempionatında keçirdiyi 31 oyunda 41 xal toplayıb və 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.