Orxan Hüseynzadəyə UEFA-dan təyinat
20.10.2020 , 17:55

“Neftçi”nin sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan təyinat alıb.
Korner.az xəbər verir ki, o, Avropa Liqasında qrup mərhələsinin “Hapoel” (Beer-Şeva, İsrail) – “Slaviya” (Praqa, Çexiya) matçında UEFA nümayəndəsi olacaq.
Oktyabrın 22-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:55-də başlayacaq.
AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov isə “Slovan” (Liberets, Çexiya) – “Gent” (Belçika) oyununda eyni funksiyanı yerinə yetirəcək.
