Oriqi “Milan”dan ayrılır?
15.05.2023 , 15:25
![](https://korner.az/wp-content/uploads/2023/05/FC950C7C-5096-481E-A05F-59B4400B22C7.webp)
“Milan”ın futbolçusu Divok Oriqi “Fənərbağça”ya keçə bilər.
Korner.az xəbər verir ki, İtaliya klubunda istədiyi şansı tapa bilməyən 28 yaşlı belçikalı hücumçu komandadan ayrıla bilər.
İstanbul klubu Oriqini heyətinə cəlb etməkdə istəkli olduğu bildirilir.
Keniya əsilli ulduz futbolçunun “Milan”la müqaviləsi 2026-cı ildə başa çatacaq.
Onun hazırkı bazar dəyəri 8 milyon avrodur.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)