Oriol Romeu yenidən İngiltərəyə qayıdır
03.11.2025 , 17:36
“Barselona”dan ayrıldıqdan sonra azad agent statusunda olan Oriol Romeu karyerasını İngiltərədə davam etdirəcək.
Korner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi Çempionşipdə çıxış edəcək.
“Sauthempton” sabiq futbolçu ilə razılığa gəlib. 34 yaşlı oyunçu tibbi müayinədən sonra klubla müqavilə imzalayacaq.
Qeyd edək ki, Romeu ötən mövsüm icarə əsasında “Jirona”da oynayıb. O, 2015–2022-ci illərdə “Sauthempton”un heyətində çıxış edib və bu ilin avqustunda “Barselona”dan ayrılıb.