“Onunla söhbət etməyə vaxtımız olacaq” – Ayxan Abbasov
11.03.2019 , 08:44

“Danışmaq çox çətindir. Ona görə qısa fikir bildirəcəyəm. Futbolçularımı xarakterlərinə görə təbrik edirəm. Verilən tapşırıqları yerinə yetirməyi bacardılar”. Bu sözləri “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov deyib.
“Kimyaçılar” Azərbaycan Premyer Liqasının XX turunda doğma meydanında “Neftçi”yə məğlub olub.
38 yaşlı mütəxəssisin sözlərinə görə, referi Rəşad Əhmədov onu texniki zonadan xətti tapdaladığı üçün kənarlaşdırıb: “Protokolda hakimliklə bağlı etirazı yazmaq işi ilə mən məşğul deyiləm. Hakim oyunun nəticəsinə təsir edib-etmədiyini siz deyə bilərsiniz”.
Abbasov qırmızı vərəqə alan qapıçı Mehdi Cənnətovla danışmadığını söyləyib: “Oyundan sonra heç vaxt futbolçularımla isti-isiti söhbət etmirəm. Buna ehtiyac görmürəm. Söhbət etməyə vaxtımız olacaq”.
