Onun üçün 70 milyon avro ödəməyə hazırdılar
10.10.2024 , 14:09

“Mançester Yunayted”in yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, İngiltərə klubu PSJ-dən fransalı futbolçu Randal Kolo-Muanini istəyir.
“Qırmızı şeytanlar” 25 yaşlı hücumçu üçün qarşı tərəfə 70 milyon avroluq təklif göndərəcək.
“Mançester Yunayted” hazırda turnir cədvəlində 14-cü yerdədir.
