"Napoli" klubunun prezidenti Aurelio De Laurentiis futbolçusu Edinson Kavaninin yeni müqavilə bağlamaq üçün maaşının artmasını istəməyinə görə onu hədələyib.
Korner.az-ın məlumatına görə, ötən mövsüm uğurlu çıxışı ilə yadda qalan uruqvaylı futbolçu başda "Yuventus" olmaqla bir çox nəhəng klubların maraq dairəsinə düşməyi bacarıb. Maaşının qaldırılmasını tələb edən Kavani ilə bağlı danışan klub prezidenti bunları deyib:
"Əgər Kavani bizdən illik 7-8 milyon avro pul istəsə. Onu ehtiyat oyunçular skamyasında çürüdəcəm".