“Onlardan bunu tələb edəcəm” – Qurban Qurbanov
28.10.2019 , 22:16

Azərbaycan Premyer Liqasında IX turun “Qarabağ” – “Səbail” (1:0) oyunundan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini bildirdi
Korner.az xəbər verir ki, baş məşqçi qələbəni belə şərh etdi:
Futbolçuları təbrik edirəm. 3 xalı qazana bildik. Hər biri yaxşı oynamaa çalışdı. “Səbail” də yaxşı oynadı. Düşünürəm belə oyun sərgiləsələr yaxşı nəticə əldə edə biləcəklər.
“Neftçi” ilə oyundan gözləntiləriniz nədir?
Bütün oyunlarımız maraqlı və gərgin olub. Azarkeşlər də bu oyunu maraqla gözləyir. Hər oyunda futbolçulardan intizamlı olmalarını istəyirəm. Onlardaan bunu tələb edəcəm.
Mina Musayeva
