"Meydanda əzmkar oyun oynayaraq qələbə qazandıq. Qələbəni "Zestafoni"dən çox biz istəyirdik".
Bu sözləri Korner.az-ın "Dalğa Arena"ya ezam olunmuş müxbirinə oyundan sonra açıqlamasında "Neftçi"nin futbolçusu Elvin Yunuszadə deyib. Qələbə sayəsində Gürcüstana rahat yollanacaqlarını vurğulayan gənc futbolçu qələbə üçün də çox sevincli olduğunu bildirib:
"Onlar rahat qələbə qazanacaqlarını düşünürdülər. Lakin biz "Neftçi" olduğumuzu sübut etdik".
