Dünən Avropa Liqasında I təsnifat mərhələsinin cavab görüşlərinə start verilib.
Korner.az-ın məlumatına görə, "Xəzər Lənkəran"ın oyunu ilə yanaşı bu axşam daha 3 görüş baş tutub.
Birinci görüşdə doğma divarlar arasında "Floriana" komandasını meydana çıxmağa peşman edən "Elfsborq" üçün bu görüş formal xarakter daşıyırdı. İsveç təmsilçisinin bu oyunda da qələbə qazanacağı istisna olunmurdu ki, belə də olub. "Elfborq" bu dəfə də rəqibini darmadağın edib – 4:0.
Albaniyanə təmsil edən "Tirana" səfərdə "Qrevenmaker"in qonağı olub. İlk oyunda 2:0 hesabı ilə qələbə qazanan Albaniya klubu bu görüşün də əsas favoriti sayılırdı. Lakin bu dəfə tərəflərin ciddi səylərinə baxmayaraq, görüşdə hesab açılmayıb – 0:0.
Digər oyunda isə Şimali İrlandiya "Portadaun"u doğma meydanda Makedoniya "Skendiya"sını qəbul edib. Makedoniyada keçirilən ilk görüşdə hesab açılmadığından cütün taleyinə bu oyunda aydınlıq gələcəkdi. Rəqibini 2:1 hesabı ilə məğlub edən "Portadaun" adını növbəti mərhələyə yazıdırıb.
10 iyul
Avropa Liqasında I təsnifat mərhələsinin oyunları
20:30. "Floriana" (Malta) – Elfsborq" (İsveç) (İlk oyun – 0:8) – 0:4
Qollar: Mobaek, 19 (0:1), Hijemark, 50 (0:2), Frik, 67 (0:3), Klaesson, 77 (0:4)
20:45. "Qrevenmaker" (Lüksemburq) – "Tirana" (Albaniya) (İlk oyun – 0:2) – 0:0
23:45. "Portadaun" (Şimali İrlandiya) – "Skendiya" (Makedoniya) (İlk oyun – 0:0) – 2:1 (İkinci hissə)
Qollar: Kukuli, 4 (0:1), Murray, 58 (1:1), Redman, 80 (2:1)
