“Onlar bizim gələcəyimizdir”
04.11.2022 , 19:38

“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Azərbaycan Oremyer Liqasının XIII turunda “Turan Tovuz”la səfər oyununu şərh edib.
Korner.az xəbər verir ki, o, 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında bunları deyib:
“Həmişə Tovuz səfəri çox ağır keçir. Bu oyuna çox ciddi hazırlaşmışdıq. Bizə xal lazım idi. “Turan Tovuz”un yaxşı müdafiə olunduğunu bilirdik. Bu müdafiəni yarmaq üçün bizə rotasiyalar lazım idi. Sevincliyik. Futbolçularımı təbrik edirəm. Səbrli olmalıyıq, bu oyunçulara inanmaq lazımdır. Onlar bizim gələcəyimizdir. Hər oyuna motivasiya ilə çıxırlar. “Turan Tovuz”a uğurlar arzulayıram”.
Mütəxəssis qələbə üçün mükafat olacağını söyləyib: “Məbləği bilmirik. Biz pula görə futbol oynamırıq. Bizim üçün ən böyük mükafat ilk qələbəmizdir”.
