UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – PAOK (Yunanıstan) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.
Korner.az-ın məlumatına görə, oktyabrın 19-u “Azərsun Arena”nın mətbuat zalında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov saat 17:30-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 18:00-da Suraxanı qəsəbəsində yerləşən klubumuzun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
PAOK-un son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi Respublika stadionunda baş tutacaq. Yunanıstan təmsilçisinin baş məşqçisi isə son məşqdən öncə saat 19:15-də Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, “Qarabağ” – PAOK matçı 20 oktyabr saat 21:00-da start götürəcək.
QEYD: Rəqibin son məşq və mətbuat konfransında iştirak etmək istəyən jurnalistlər üçün “Azərsun Arena”dan xüsusi avtobus ayrılacaq.
QEYD: “Qarabağ” – PAOK matçına qeydiyyatdan keçmiş KİV nümayəndələri sabah saat 13:00-dan etibarən Respublika stadionunun media mərkəzindən akkreditasiyalarını əldə edə bilər.
