Azərbaycanın 17 yaşadək qızlardan ibarət futbol yığması AÇ-nin seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirib.
Korner.az-ın məlumatına görə, yığmamız ikinci görüşündə Macarıstanla qarşılaşıb.
Siyasət Əsgərovun yetirmələri bu oyundan 1:3 hesablı məğlubiyyətlə ayrılıblar. 52-ci dəqiqədə Merve Özdemir hesabı bərabərləşdirsə də, macarlar fasilədən sonra daha iki qol vuraraq, qələbə əldə ediblər.
