“Neftçi”nin Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Albaniyanın “Skenderbeu” klubu ilə keçirəcəyi oyunöncəsi mətbuat konfransı və açıq məşqinin vaxtı bilinib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Böyükağa Hacıyev oyunun keçiriləcəyi “Bakcell Arena”da sabah saat 18:30-da jurnalistlərin suallarını cavablandıracaq.
Onunla yanaşı mətbuat nümayəndələri önünə yarımmüdafiəçilər – Rəşad Sadiqov və Flavinyo da çıxacaq. Açıq məşq isə bundan yarım saat sonra, 19:00-da başlanacaq. Rəqib komanda “Skenderbeu”nun mətbuat konfransı isə həmin gün eyni məkanda, saat 19:30-da olacaq. Albanların açıq məşqi isə saat 20:00-da keçiriləcək.
Qeyd edək ki, “Neftçi” – “Skenderbeu” oyunu iyulun 17-də keçiriləcək. Qarşılaşma saat 21:00-da başlayacaq.
