Onananı hansı qapıçı əvəzləyir?
17.04.2025 , 14:14

“Mançester Yunayted” yeni mövsümdə qapıçısı Onananı əvəzləyə bilər.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi artıq bunun üçün axtarışlara başlayıb.
İngiltərə klubu “Sauthempton”un qolkiperi Aaron Ramsdeylə maraqlanır.
“Qırmızı şeytanlar” yayda oyunçu üçün təklif göndərməyə hazırlaşır.
Klub rəhbərliyi Onananın çıxışından narazıdır və mövsümün sonunda onu əvəzləyəcək alternativ qapıçı axtarışlarını davam etdirəcək.
