On yaşlı üzgüçü olimpiya rekordunu yeniləyib
01.08.2018 , 17:27

ABŞ-da 10 yaşlı üzgüçü Klark Kent Apuada 23 qat olimpiya çempionu Maykl Felpsə məxsus rekordu qırıb.
Yeniyetmə idmançı Kaliforniyada 100 metr məsafəyə batterflay yarışında 1 dəqiqə 09,38 saniyə göstərici ilə 23 illik rekordu yeniləyib. Felps bu yaşda öz rekordunu 1995-ci ildə müəyyənləşdirib – 1 dəqiqə 10,48 saniyə.
Qeyd edək ki, ABŞ idmançısı olan Felps 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından sonra karyerasını başa vurub.
