Omar Marmuş “Mançester Siti”də qalacaq
09.01.2026 , 12:45
“Mançester Siti”nin hücumçusu Omar Marmuş klubu tərk etməyəcək.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu əsas heyətdə daimi yer ala bilməsə də, yanvar transfer pəncərəsində başqa komandaya keçmək fikrində deyil.
Xəbərdə bildirilir ki, misirli forvard “şəhərlilər”də qalaraq əsas heyət uğrunda mübarizəsini davam etdirmək istəyir. Onunla maraqlanan klublar olsa da, rəsmi danışıqlar hələ başlamayıb.
Qeyd edək ki, bu mövsüm Marmuş “Mançester Siti”nin heyətində 19 oyunda çıxış edib, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.