Omar Marmuş İtaliya yolunda: “Roma”dan transfer planı
25.12.2025 , 10:30
“Mançester Siti”nin hücum xəttində çıxış edən Omar Marmuş Avropa klublarının diqqət mərkəzinə düşüb.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, misirli futbolçu ilə “Roma” yaxından maraqlanır.
İtaliya təmsilçisi 26 yaşlı oyunçunu qış transfer dövründə heyətinə qatmağı planlaşdırır. Lakin “canavarlar” üçün bu keçid asan olmayacaq. Belə ki, İngiltərənin “Tottenhem” klubu da Marmuşu transfer etmək niyyətindədir və londonluların futbolçunu yanvarda icarəyə götürmək istədiyi bildirilir.
Cari mövsümdə bütün turnirlərdə 15 matçda meydana çıxan Omar Marmuş 1 dəfə fərqlənib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.