Ömər Toprak “Verder”də
11.08.2019 , 18:42

“Borussiya”nın futbolçusu Ömər Toprak “Verder”ə keçib.
Korner.az xəbər verir ki, futbolçu 1 mövsümlük icarə əsasında oynayacaq. Bu barədə klubun saytı məlumat yayıb.
Qeyd edək ki, müdafiəçi “Borussiya”da 2017-ci ildən çıxış edir.
