Futbol

Ölüm xəbəri yayılan futbolçu sağdır

06.05.2020 , 16:16

2016-cı ildə avtomobil qəzasında dünyasını dəyişdiyi deyilən “Şalke” klubunun futbolçusu Hianik Kamba sağdı.

Korner.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Xəbərdə, Kambanın hazırda Almaniyanın Rur bölgəsində yaşadığı bildirilir. Kamba, hazırda energetika şirkətində kimya mühəndisi vəzifəsində çalışır.

Bu xəbəri onun həyat yoldaşı qəsdən yayıb. Məhkəmə futbolçunun keçmiş həyat yoldaşına qarşı iş açıb. Kambanın ölümünü saxtalaşdıran qadın 6 rəqəmli məbləğdə sığorta pulu aldığı bildirilir. O, sığorta şirkətinə ölümlə bağlı saxta sənədlər verib və pula yiyələnib.

Son yazılar

Yuxarı