Azərbaycanı Avroliqada təmsil edəcək “İnter” daha bir futbolçu ilə anlaşıb.
Korner.az-ın məlumatına görə, “bankirlər” “Dila”nın sol cinah müdafiəçisi David Kvirkveliyanı heyətinə qatıb.
33 yaşlı futbolçu Rusiyada “Alaniya”, “Rubin”, “Anji”də, Ukraynada Zaporojye “Metallurq”unda, Yunanıstanda “Panionis”də, Kiprdə “Anortosis”də oynayıb. Tiflis “Dinamo”su ilə qızıl, bürünc medal qazanan, 2 dəfə ölkə kubokunu qazanan futbolçunun əsas uğurları Rusiya ilə bağlıdır. Belə ki, o, “Rubin”də 2 mövsüm dalbadal – 2008 və 2009-cu illərdə ölkə çempionu olub.