Azərbaycanı Avropa Liqasında təmsil edəcək “İnter”in yoxlama oyunlarındakı digər rəqiblərinin adına böyük ölçüdə aydınlıq gəlib.
Korner.az-ın məlumatına görə, “bankirlər” bu gün Avstriyanın aşağı dəstə təmsilçisi “İnsbruk”la gücünü sınayacaq.
Sabah adı bilinməyən Almaniyanın aşağı dəstə komandalarınımn biri ilə qarşılaşacaq paytaxt klubunun futbolçuları, iyunun 22-də “Krasnodar” və 24-də isə Praqa “Slaviya”sı ilə üz-üzə gələcək.
“İnter”in Avstriyadakı son sınağı isə “Anji” qarşısında olacaq.